Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Topaz” müştərinin 77 min manatlıq uduşunu vermədi, məhkəmədə uduzdu - Detallar

Azərbaycan məhkəmələrində olduqca maraqlı işlərə şahidlik etmək mümkündür. Onlardan biri də müştərinin mərc şirkəti olan "Topaz"a qarşı iddia qaldırmasıdır...

Poliqon xəbər verir ki, xitab24.az-ın məlumatına görə, Bəhruz Quliyev (ad-soyad şərtidir) “Topaz”dan ümumilikdə vergiləri çıxmaq şərtilə 76.875 manat qazansa da, uduşunu şirkətdən ala bilməyib.

Nəticədə o, məhkəməyə üz tutub. İddiaçı ərizəsində qeyd edib ki, idman mərc oyunlarında hər biri 500 manat olmaqla, 38 dəfə mərc edərək "İFK Osteraakers" - "İF Kungsangens" matçının 4.5 ÜST, (3.7 əmsal), "Sassuola" "- "Udineze" qarşılaşmasının isə 1.5 ÜST (1.11 əmsal) bitəcəyini proqnozlaşdırıb.

Qeyd edilən futbol oyunlarının nəticələrinə görə mərclər uduşlu olub. O, "Topaz"a rəsmi qaydada müraciət edərək, vergilər çıxılmaq şərti ilə 76.875 manat uduş məbləğinin verilməsini xahiş edib. 

Şirkətdən isə bildirilib ki, "İFK Österaker FK" - "İF Kungsangens" futbol komandaları arasında keçirilmiş oyunla bağlı edilmiş bütün mərclər üzrə uduşlar, həmin qarşılaşmanın nəticəsinin saxta olması ilə bağlı aşkar şübhələrin olmasına görə təxirə salınıb.

"Topaz"la müştərinin məhkəmə çəkişməsi iki il davam edib. Birinci instansiya məhkəməsi belə hesab edib ki, iddiaçının həqiqətən eyni oyun üzrə 38 dəfə mərc edərək uduşlu kupon qazanması şübhəlidir. Məhkəməyə görə, "Kungsangens İF" futbol komandası son 2 il ərzində oynadığı 4 matçın hamısında manipulyasiyaya cəlb olunduğundan, “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü maddəsinə əsasən "Topaz" tərəfindən müştəriyə uduşun ləğv edilməsi əsaslıdır.

Maraqlıdır ki, Bakı Apellyasiya Məhkəməsini də birinci instansiyanın qərarını qüvvədə saxlayıb. Tərəflərin mübahisəsinə isə Ali Məhkəmədə aydınlıq gəlib. Ali Məhkəmə isə yenidən baxılması üçün işə Bakı Apellyasiya Məhkəməsinə qaytarıb və bəlli olub ki, burada qanunun tələblərinə əməl edilməyib. Nəticədə Bakı Apellyasiya Məhkəməsi qərarı dəyişərək müştərinin haqlı olduğuna, "Topaz"ın 76.875 manatlıq uduşun ödənilməsinə dair qərar çıxarıb.

"Topaz" qərardan kassasiya şikayəti versə də, Ali Məhkəmə şirkətin etirazını təmin etməyib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay